İngiltərənin “Çelsi” klubu Niderlandın “Ayaks” komandasının mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeşi transfer etmək istəyir.
NUHÇIXAN football.ua saytına istinadla xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Frenk Lampard futbolçunun transfer olunmasını klub rəhbərliyindən israrla tələb edir. Qırx bir yaşlı mütəxəssis yanvarda rəhbərlikdən H.Ziyeşin transfer edilməsini istəsə də, məşqçinin bu tələbini yerinə yetirmək mümkün olmamışdı.
Mənbənin bildirdiyinə görə, “Çelsi” yayda transferlər üçün 150 milyon avroluq büdcə ayıracaq.
Hakim Ziyeş cari mövsüm ölkə çempionatında 18 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.