Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları Şağan Olimpiya İdman Kompleksində Minbulaq Hüseynovun xatirəsinə həsr olunmuş 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə IV açıq respublika turnirində uğurlu nəticələr əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, federasiyasının idmançılarından 38 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramil İsmayılov yalnız final görüşündə məğlub olaraq turnirin gümüş medalını qazanıb. 52 kiloqram çəki dərəcəsində isə Tuncay Məmmədov turnirin üçüncüsü olub.
İdmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.