Tokio Olimpiya Oyunlarına əcnəbilər üçün bilet satışına mayda başlanılacaq

A- A A+

Fevralın 12-də “Tokio 2020” Olimpiya Oyunlarının təşkilat komitəsi Yaponiyadan kənarda yaşayan insanlar üçün biletlərin satışına mayın ortalarından başlanacağını bəyan edib.

NUHÇIXAN xəbər verir ki, iyulun 24-də start götürəcək Oyunlara baxmaq istəyənlər biletləri ya rəsmi saytdan, ya da rəsmi nümayəndəliklərdən əldə edə bilərlər. Satışların dəqiq başlanacağı gün hələlik bilinmir.

Biletlər onlayn rejimdə və Tokionun müxtəlif yerlərində kassalardan növbə ardıcıllığı ilə əldə edilə bilər. Təşkilat komitəsinin məlumatına görə, ölkə daxilində keçirilən iki lotereya nəticəsində artıq 4,48 milyon bilet yaponiyalı azarkeşlərə satılıb. Təşkilatçılar, eyni zamanda, əcnəbilərin əldə edə biləcəyi biletlərin ümumi sayını da açıqlamayıblar. Ehtimallara görə 9 milyonadək belə bilet var.

Bundan əlavə, yaponiyalı azarkeşlər fevralın 20-dən martın 13-dək keçiriləcək növbəti lotereyaya qatılaraq Olimpiya və Paralimpiya oyunlarına bilet almaq şansına malikdirlər.

Təşkilat komitəsindən, həmçinin bildiriblər ki, Paralimpiya Oyunlarına biletlərin satışı vaxtı da hələlik dəqiqləşdirilməyib. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı sayta müraciət etmək olar: https://tokyo2020.org/en/games/ticket/olympic/application/.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: