“Bavariya” klubu “Liverpul”un hücumçusu üçün 90 milyon avro ödəməyə hazırdır

A- A A+

Münxenin “Bavariya” klubu İngiltərənin “Liverpul” komandasının braziliyalı hücumçusu Roberto Firminonun transferi üçün 90 milyon avro ödəməyə hazırdır.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Münxen təmsilçisi heyətdə 31 yaşlı polşalı hücumçusu Robert Levandovski üçün əvəzedici axtarır.

Klubun prezidenti Uli Hoeness yerli mətbuata açıqlamasında bildirib ki, “Bavariya” yay transfer pəncərəsində güclü futbolçular transfer etməklə yenidən Bundesliqada favorit olmaq niyyətindədir.

Klub İngiltərənin “Mançester Siti” klubundan Leroy Saneni də transfer etmək fikdindədir.

R.Firmino 2011-2015-ci illərdə Bundesliqada çıxış edib. O, bu müddətdə “Hoffenhaym” klubunun şərəfini qoruyub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: