Fevralın 12-də futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin ikinci cavab qarşılaşması keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Alanyaspor”u 3:1 hesabı ilə məğlub etməsinə baxmayaraq, birinci oyunda 0:2 hesabla uduzduğuna görə ölkə kuboku uğrunda mübarizəni dayandırıb. Beləliklə, “Alanyaspor" Türkiyə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Turnirin dörddəbir final mərhələsinin digər görüşləri – "Ərzurumspor"- "Trabzonspor", "Sivasspor"-"Antalyaspor" matçları isə fevralın 13-də keçiriləcək.