“Çelsi” klubu mərakeşli yarımmüdafiəçi Hakim Ziyeşi transfer edib

A- A A+

İngiltərənin “Çelsi” futbol klubu Niderlandın “Ayaks” komandasının mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeşi transfer edib.

NUHÇIXAN xəbər verir ki, klubun rəsmi “Twitter” səhifəsində bu barədə “Hakim Ziyeş ilə bəzi xəbərlərimiz var” paylaşımı edilib.

Xəbər verdiyimiz kimi, London təmsilçisinin məşqçisi Frenk Lampard futbolçunun transfer olunmasını klub rəhbərliyindən israrla tələb edirdi. Qırx bir yaşlı mütəxəssis yanvarda rəhbərlikdən H.Ziyeşin transfer edilməsini istəsə də, məşqçinin bu tələbini yerinə yetirmək mümkün olmamışdı.

İngiltərənin tanınmış qəzeti “The Telegraph” bildirdiyinə görə, klub 26 yaşlı futbolçu ilə beşillik müqavilə imzalayacaq. Müqavilənin detalları bir müddət sonra açıqlanacaq.

Bu transfer baş tutsa da, H.Ziyeş “Çelsi” klubunda yeni mövsümdən çıxış edəcək.

Hakim Ziyeş cari mövsüm ölkə çempionatında 18 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: