Azərbaycanın atletləri XXV Balkan çempionatında iştirak edəcəklər

134

Fevralın 15-də Azərbaycanın gənc atletləri İstanbulda keçiriləcək XXV Balkan çempionatında iştirak edəcəklər.

Azərbaycan Atletika Federasiyasının baş katibinin müavini Kənan Məhərrəmov NUHÇIXAN-a bildirib ki, turnirdə ölkəmizi İlham Abışov, Anna Yusupova, Rahim Məmmədov, Yelena Pextireva, Yekaterina Sarıyeva, Nazim Babayev və Rüstəm Məmmədov təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60 m, 3000 m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə atletlərimiz federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi ilə mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: