Türkiyə Superliqasının XXII turunun birinci qarşılaşmasında İstanbul derbisi keçirilib.
NUHÇIXAN xəbər verir ki, derbidə “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 50-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Demba Ba vurub.
Bu oyundan başqa, turda “Denizlispor”-“Kayserispor”, “Konyaspor”-“Göztəpə”, “Ankaragücü”-“Fənərbağça”, “Alanyaspor”-“Gənclərbirliyi”, “Trabzonspo”-“Sivasspor”, “Qalatasaray”-“Yeni Malatyaspor”, “Antalyaspor”-“Kasımpaşa” və “Qaziantep”-“Rizəspor” matçları keçiriləcək.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 43 xalla “Başakşəhər” klubu liderlik edir. “Sivasspor” 42 xalla ikinci pillədədir. İlk üçlüyü 41 xalla iki oyun az keçirmiş “Trabzonspor” qapayır. Sonrakı yerlərdə “Alanyaspor” (39 xal), “Qalatasaray” (39 xal), “Fənərbağça” (38 xal), “Beşiktaş” (36 xal) və digər komandalar qərarlaşıblar.