“La Gazzetta dello Sport”: “Milan” klubu “Fly Emirates” ilə 2025-ci ilə qədər sponsorluq razılığı əldə edib

A- A A+

İtaliyanın “Milan” klubu “Fly Emirates” ilə 2025-ci ilədək davam edəcək sponsor razılığı əldə edib.

NUHÇIXAN “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, yeni müqaviləyə görə, kompaniya “Milan”a illik minimum 10 milyon avro ödəyəcək və qalan ödənişlər uğurlardan asılı olacaq.

Başa çatan müqaviləyə görə “Fly Emirates” şirkəti “Milan”a illik 14 milyon avro və bonus ödənişini edirdi. Hesablamalara görə, “Milan” ötən beş ildə bu sazişə əsasən, 75-90 milyon avro qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: