NUHÇIXAN xəbər verir ki, 2020-ci ildə Ordubad Şəhər Stadionunu yenidən qurulacaq. Stadion Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən inşa olunacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Həmin proqrama əsasən muxtar respublikanın kəndlərində də stadionlar, Naxçıvan şəhərinin park və istirahət yerlərində idman guşələri yaradılacaq, müasir tələblər səviyyəsində yenidən qurulacaq.