“Rusiya-2018”: Belçika-Panama matçı başlayıb - FOTOLAR
“Rusiya 2018” futbol üzrə dünya çempionatının beşinci günündə “G” qrupunun ilk oyunu başlayıb. Qrupda yer alan Belçika millisi debütant Panama yığması ilə qarşılaşır.
NUHÇIXAN xəbər verir, Soçidəkı “Fişt Arena”da oynanılan görüşü zambiyalı Canni Sikazve idarə edir.
Belçikanın start heyətində Tibo Kurtua, Dedrik Boyata, Tobi Alderveyreld, Yan Vertonqen, Kevin De Brüyne, Aksel Vitsel, Toma Menye, Yannik Korrasko, Dris Mertens, Eden Hazard, Romelu Lukaku meydana çıxıblar. Komandanın baş məşqçisi Roberto Martinesdir.
Panama yığmasının ilk onbirliyində isə Xayme Penedo, Fidel Eskobar, Roman Tores, Erik Devis, Mikayel Murilyo, Xose Luis Rodriq, Anubal Qodoy, Qabriyel Qomes, Armando Kuper, Edqar Barsenas, Blas Peres yer alıblar. Panama millisinin məşqçisi Ernan Qomesdir.
Belçika-Panama oyunu İdman Azərbaycan kanalında və İctimai Televiziyada birbaşa yayımlanır.
Qeyd edək ki, mundialın ən bahalı futbolçularından ibarət milli komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.
Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.
Xatırladaq ki, Belçika milli komandasının yer aldığı “G” qrupunun birinci turuna saat 22:00-da baş tutacaq Tunis-İngiltərə oyunu ilə yekun vurulacaq.