Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Dubayda Karate 1 Premyer Liqa turnirində uğurla çıxış edib.
NUHÇIXAN xəbər verir ki, karateçimiz turnirdə birinci yer uğrunda Luici Busa (İtaliya) ilə döyüşünü qalib başa vuraraq qızıl medal qazanıb.
Qeyd edək ki, bundan əvvəl digər karateçimiz İrina Zaretska (68 kq) bürünc medal əldə edib. Dubayda Karate 1 Premyer Liqa turniri başa çatıb. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.