Sərbəst güləşçimiz Aslanbek Alborov İtaliyada keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə üçüncü yeri tutub.
NUHÇIXAN xəbər verir ki, yarışların yeddinci günündə fevralın 16-da sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.
Aslanbek Alborov (92 kq) təsnifat mərhələsində macar güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün son yarış günündə yenidən xalça üzərinə çıxan A.Alborov təsəlliverici qarşılaşmada yerli idmançı italiya təmsilçisini vaxtından əvvəl üstələyib. Azərbaycan idmançısı bürünc medal uğrunda gərgin keçən qarşılaşmada Gürcüstan güləşçisi İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gələrək yarışda bürünc medala sahib olub. Beləliklə, təmsilçimiz karyerasında ilk dəfə Avropa çempionatında fəxri kürsüyə qalxıb.