Futzal üzrə Yüksək Liqada XV turun oyunlarına hakim təyinatları açıqlanıb.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları fevralın 20-də keçiriləcək.
Tura “Premier”-“Xızı” oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Ramil Namazov olacaq.
Saat 14:00-da start götürəcək “Neftçi”-“Bakı” qarşılaşması Anar Fərəcova tapşırılıb.
“Marafon”-“Araz” oyununda Hikmət Qafarlı ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.
EKOL-“Baku Fire” arasında keçiriləcək oyuna Əli Cəbrayılov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.
Tura “Record”-“Yasamal” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Ramiz Məhərrəmov olacaq.
Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.
Qeyd edək ki, on dörd turdan sonra hesabında 42 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. “Marafon” və EKOL 33 xalla 2-3-cü pillədə yer alıblar.