UEFA İngiltərənin “Mançester Siti” klubunun avrokuboklarda iki il ərzində iştirakına qadağa qoyub.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Mançester Siti”nin 2012-2016-ci illərdə maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.
Tanınmış “Daily Mail” nəşrinin bildirdiyinə görə, bununla bağlı İngiltərə Futbol Federasiyası Mançester təmsilçisinin 2013-2014-ci il mövsümündə qazandığı çempionluğunu əlindən alıb həmin il Premyer Liqanı ikinci pillədə başa vuran “Liverpul”a verilə bilər.
Həmçinin mənbə bildirir ki, “Mançester Siti” klubuna iki ildə ciddi maliyyə zərbəsi dəyəcək və buna görə Rahim Sterlinq, Kevin de Brüyne və Aymerik Laport kimi bir neçə aparıcı oyunçunun komandanı tərk edəcək.
Qeyd edək ki, “Mançester Siti” klubu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.