Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun ilk turuna yekun vurulub.
NUHÇIXAN-ın məlumatına görə, qrupda növbəti oyun Volqoqraddakı eyniadlı arenada Tunis və İngiltərə yığmaları arasında keçirilib. Görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı artıq 11-ci dəqiqədə Harri Keyn açıb. Lakin 35-ci dəiqə Ferjani Sassi penaltidən dəqiq yararlanıb. İngiltərə millisi qələbə topunu uzatma dəqiqəsində vurmağa müvəffəq olub. Yenə Keyn fərqlənərək, komandasına vacib 3 xal qazandırıb.
Qeyd edək ki, G qrupunun ilk oyununda Belçika Panamanı darmadağın edib - 3:0. Bu nəticələrdən sonra Belçika və İngiltərə hərəyə 3 xalla ilk 2, xalı olmayan Tunis və Panama isə son 2 pillədə qərarlaşıb.
DÇ-2018
18 iyun
G qrupu
19:00. Belçika - Panama - 3:0
Qollar: Dris Mertens, 47. Romelu Lukaku, 69; 75
Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Siula (CAR), Ryuji Sato (Yaponiya)
Soçi, "Fişt" stadionu
22:00. Tunis - İngiltərə - 1:2
Qollar: Ferjani Sassi, 35 (pen.) - Harri Keyn, 11; 90+1
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Kori Rokuel (ABŞ)
Volqoqrad, "Volqoqrad Arena"