UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib

A- A A+

UEFA Çempionlar Liqasının hər bir matçının ən yaxşı futbolçusu üçün mükafat təsis edib.

NUHÇIXAN xəbər verir ki, mükafat cari ildə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsindən başlayaraq veriləcək.

Laureatları matçlarda iştirak edəcək UEFA-nın texniki müşahidəçiləri müəyyənləşdirəcəklər. Müşahidəçilərin siyahısına İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt, Belçika yığmasının çalışdırıcısı Roberto Martines, İngiltərə millisinin (qadın) məşqçisi Fil Nevill, İrlandiya seçməsinin sabiq hücumçusu Robbi Kin, “Real Madrid”in sabiq müdafiəçisi Aytor Karanka və digər mütəxəssislər daxildir.

Matçın ən yaxşı futbolçusu mükafatını oyundan dərhal sonra alacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci oyunları fevralın 18-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: