Bu gün "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşəcək

A- A A+

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı "Qarabağ" komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın "Şkendiya", Lüksemburqun "Düdelanj", Sloveniyanın "Olimpiya" (Lyublyana), Litvanın "Suduva" və Gürcüstanın "Torpedo" (Kutaisi") komandalarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: