Fevralın 17-də Türkiyə Superliqasının XXII turunun son oyununda “Antalyaspor” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin təhlükəli zonasından çıxıb.
Günün digər oyununda isə “Rizəspor” səfərdə “Qaziantep”ə 2:0 hesabı ilə uduzub.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla “Qalatasaray” qapayır. Sonrakı yerlərdə “Sivasspor” (42 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (38 xal) və “Beşiktaş” (36 xal) qərarlaşıb.