Ötən həftə Foranoda “Alfa Romeo” komandası qara-boz rəngə boyanmış yeni “C39” avtomobilini sınaqdan çıxarıb.
NUHÇIXAN xəbər verir ki, Barselona trasının pit-leynində “Haas” komandası “VF-20” bolidini təqdim etdikdən 15 dəqiqə sonra “Alfa Romeo” özünün yeni avtomobilinin rəsmi təqdimatını keçirib. Bu dəfə bolid ənənəvi ağ-qırmızı qammada rənglənmişdi.
Kimi Raykkonen və Antonio Covinatsi fotoqraf və jurnalistlərin yanında bolidin üzərindən qoruyucu örtüyü götürüblər. Təqdimat mərasimində, həmçinin komandanın ehtiyat pilotu Robert Kubitsa və development-drayver Tatyana Kalderon iştirak ediblər.
Testlərdə “Alfa Romeo C39” sükanı arxasında birinci Robert Kubitsa əyləşəcək. Polşalı səhər sessiyasını yerinə yetirəcək, bir saatlıq nahar fasiləsindən sonra isə onu Antonio Covinatsi əvəzləyəcək.