UEFA-nın yeni təsis etdiyi mükafatın ilk sahibləri müəyyənləşib - FOTOLAR

A- A A+

UEFA fevralın 18-də keçirilən Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçularını müəyyənləşdirib.

NUHÇIXAN qurumun rəsmi saytına istinadla xəbər verir ki, nominasiya üzrə Almaniyanın “Borussiya Dortmund” klubunun norveçli hücumçusu Erlinq Holland və İspaniyanın “Atletiko Madrid” komandasının müdafiəçisi Renan Lodi ən yaxşı oyunçu seçiliblər. Hər iki futbolçu UEFA Çempionlar Liqasının tarixinə düşüblər. Belə ki, UEFA bu mükafatı yeni təsis edib.

Qarşıdakı matçlarda seçim prosesində İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt, Belçika yığmasının baş məşqçisi Roberto Martines, İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi Fil Nevill, İrlandiya seçməsinin sabiq hücumçusu Robbi Kin, İspaniya “Real Madrid”inin keçmiş müdafiəçisi Aytor Karanka və digər mütəxəssislər iştirak edəcəklər.

Xatırladaq ki, fevralın 18-də səkkizdəbir final mərhələsinin birinci oyun günündə “Borussiya Dortmund” öz meydanında Fransanın “Paris Sen-Jermen” klubunu (2:1), “Atletiko Madrid” isə İngiltərənin “Liverpul” komandasını məğlub edib (1:0).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: