Martın 13-dən 15-dək Abşeron Olimpiya Kompleksində ənənəvi uşu üzrə XXVIII Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 300 idmançı iştirak edəcək.
Federasiyadan NUHÇIXAN-a bildiriblər ki, ənənəvi çempionat uşunun çinda, vinçun və tuyşou növləri üzrə təşkil olunacaq.
Yarışa paytaxt ilə yanaşı, regionlardan Şəki, Göyçay, Bərdə, Gəncə, Zaqatala, Salyan, Naxçıvan, Tovuz, Qobustan, Şamaxı və Sumqayıtdan olan idmançılar da qatılacaqlar.
Yarışın açılışı martın 15-də olacaq.