“Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar Fransa çempionatında yanvar ayının ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, braziliyalı futbolçu yanvarda üç görüşdə rəqib qapısına beş dəfə yol tapıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Jurnalistlərin və futbol ictimaiyyətinin nümayəndələrinin qatıldıqları səsvermədə Neymar 62 faiz səs yığaraq Yunis Abdelhamidi (“Reyms”, 20 faiz) və Musa Dembeleni (“Lion”, 18 faiz) geridə qoyub.