Fevralın 20-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, Almaniyanın “Borussiya Dortmund” klubunun hücumçusu Erlinq Haaland səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.
On doqquz yaşlı norveçli hücumçu komandasının “Paris Sen-Jermen” klubunu 2:1 hesabı ilə məğlub etdiyi oyunda iki qol vurub.
Futbolçu səsvermədə Renan Lodini (“Atletiko Madrid”, İspaniya), Hans Hateborı (“Atalanta”, İtaliya) və Huqo Lorisi (“Tottenhem”, İngiltərə) qabaqlayıb.