Fevralın 21-də Türkiyə Superliqasının XXIII turunun birinci qarşılaşmasında “Sivasspor” öz meydanında “Alanyaspor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 9-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Mert Hakan Yandaş vurub.
Hazırda Türkiyə çempionatında turnir cədvəlinə 45 xalla “Sivasspor” klubu liderlik edir. “Trabzonspor” 44 xalla ikinci, “Başakşəhər” isə 43 xalla üçüncü pillədədir. Sonrakı yerlərdə “Qalatasaray” (42 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (38 xal), “Beşiktaş” (36 xal) və digər komandalar qərarlaşıblar.