Qurban Qurbanov: “Ən çətin və gözlənilməz rəqib düşdü”

A- A A+

“Çox çətin rəqiblə qarşılaşacağıq”. NUHÇIXAN-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  klubun feysbuk səhifəsinə açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Q.Qurbanov bildirib ki, Sloveniya çempionu “Olimpiya”nı güclü rəqib hesab edir: “Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.

Qeyd edək ki, ilk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: