İyunun 19-da “Rusiya 2018”in altıncı gününə “H” qrupunda yer alan Kolumbiya və Yaponiya milliləri arasındakı qarşılaşma ilə start verilib.
NUHÇIXAN xəbər verir ki, “Mordoviya Arena”da oynanılan görüşü sloveniyalı referi Damir Skomina idarə edir.
Kolumbiya millisinin start heyətində David Ospina, Oskar Murilyo, Santiaqo Arias, Karlos Sances, Radamel Falkao, Xuan Quadrado, Xefferson Lerma, Xoan Moxika, Xuan Kintero, Xose İskiyerdo, Davinson Sances meydana çıxıblar. Komandanın baş məşqçisi Xose Pakermandır.
Yaponiya yığmasının məşqçisi Nisino Akira ilk “11-lik”də Eydzi Kavasima, Qen Sendzi, Yuto Naqatomo, Qaku Sabasaki, Qenki Xaraquti, Sendzi Kaqava, Takasi Unui, Yuya Osaka, Makoto Xasebe, Xiroki Sakai, Maya Yosidaya şans verib.
Qeyd edək ki, bu komandaların ilk görüşü 2014-ci ildə Braziliyadakı mundialda baş tutub. Həmin mundialda “C” qrupunda mübarizə aparan hər iki komandanın görüşündə kolumbiyalılar 4:1 hesabı ilə qalib gəlmişdilər.