Fevralın 22-də Azərbaycan cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, kişilər arasında keçirilən yarışda Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda mübarizədə rəqibi sloveniyalı idmançı Martin Hojakı məğlub edərək bürünc medala layiq görülüb.
Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.