DÇ-2018: Yaponiya Kolumbiyaya qalib gəlib

A- A A+

Rusiyadakı futbol üzrə dünya çempionatında H qrupunun ilk oyunu keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, Saransk şəhərindəki "Mordoviya Arena"da Kolumbiya və Yaponiya yığmaları üz-üzə gəlib. Görüş Yaponiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab 6-cı dəqiqədə açılıb. Kolumbiyalı futbolçu Karlos Sançes əllə oynadığı üçün meydandan qovulub və Yaponiyanın lehinə penalti təyin olunub. Sindzi Kaqavanın zərbəsi dəqiq olub. 39-cu dəqiqədə Xuan Kintero cərimə zərbəsindən bərabərlik qolunu vurub. Lakin 73-cü dəqiqədə Yuya Osako künc zərbəsindən sonra başla qələbə topuna imza atıb.

Bununla da Yaponiya Kolumbiyadan 2014-cü il dünya çempionatındakı 1:4 hesablı məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, qrupun digər oyunu Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Moskvadakı "Spartak" stadionunda Polşa və Seneqal yığmaları üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: