Türkiyə Superliqasının XXIII turunun sonuncu qarşılaşmalarında “Başakşəhər” səfərdə “Rizəspor”un qonağı olub.
NUHÇIXAN xəbər verir ki, görüşdə qonaqlar minimal fərqlə qalib gəlib - 1:2.
Günün digər matçında isə “Kasımpaşa” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə məğlub edib.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 46 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 45 xalla müvafiq olaraq iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Alanyaspor” (39 xal), “Fənərbağça” (38 xal), “Beşiktaş” (37 xal) və digər komandalar gəlir.