Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, püşk nəticəsində Azərbaycanın da 3 klubunun rəqibləri müəyyənləşəcək.
Onların hamısı püşkatma zamanı daha yüksək reytinqlilərdən ibarət Səpələnmişlər səbətindən yer alacaq.
Vitse-çempion "Qəbələ"nin mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klubları olacaq.
Bürünc medalçı "Neftçi"yə "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə üz-üzə gələcək.
Azərbaycan Kubokunun sahibi "Keşlə" isə "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.
Ümumilikdə 47 cütün formalaşdırılacağı I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 14:00-da, II təsnifat mərhələsinin püşkü isə saat 15:00-da başlanacaq.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.