UEFA Çempionlar Liqası: “Napoli” öz meydanında “Barselona” ilə heç-heçə edib

A- A A+

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, “San Paolo” stadionunda oynanılan görüşdə “Napoli” klubu “Barselona” komandasını qəbul edib.

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı meydan sahibləri açıb. Dris Mertena 30-cu dəqiqədə hesabı açıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesaba tarazlıq gətirib. Antuan Qrizman cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu komandalar arasındakı cavab görüşü martın 18-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: