Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşehir” səfərdə 1:3 hesabı ilə uduzduğu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.
İtaliyada yayılan koronavirus epidemiyasına görə “İnter” – “Ludoqorets” görüşünə azarkeşlər buraxılmayacaqlar.
Gün ərzində oynanılacaq qarşılaşmalar aşağıdakılardır:
“Portu” (Portuqaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – birinci oyun – 1:2;
“Espanyol” (İspaniya) – “Vulverhempton” (İngiltərə) - 0:4;
“Bazel” (İsveçrə) - APOEL (Kipr) – 3:0;
“Gent” (Belçika) – “Roma” (İtaliya) - 0:1;
“Başakşehir” (Türkiyə) – “Sportinq” (Portuqaliya) - 1:3;
LASK (Avstriya) – “AZ Alkmaar” (Hollandiya) - 1:1;
“Malmö” (İsveç) – “Volfsburq” (Almaniya) - 1:2;
“Ayaks” (Hollandiya) – “Xetafe” (İspaniya) - 0:2;
“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 1:0;
“Benfika” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:2;
“Seltik” (Şotlandiya) – “Kopenhagen” (Danimarka) - 1:1;
“İnter” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) – 2:0;
“Mançester Yunayted” (İngiltərə) – “Brügge” (Belçika) - 1:1;
“Zaltsburq” (Avstriya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 1:4;
“Sevilya” (İspaniya) – “ÇFR Kluj” (Rumıniya) – 1:1.