İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci oyununda “Real Madrid”ə qalib gəlməklə (2:1) yeni rekord qırıb.
NUHÇIXAN xəbər verir ki, 49 yaşlı mütəxəssis pley-offlarda 28-ci qələbəsini qazanıb.
İspaniyalı məşqçi bu nəticə ilə UEFA Çempionlar Liqasının pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi adına yiyələnib. O, Joze Mourinyo, Karlo Ançelotti və Aleks Fergüssonu qabaqlayıb. Hər üç mütəxəssisin aktivində 27 qələbə var.