UEFA Avropa Liqası: “Olimpiakos” klubu “Arsenal”ı səfərdə məğlub edib - FOTOLAR
Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, Yunanıstanın “Olimpiokos” klubu səfərdə İngiltərənin “Arsenal” komandasının qonağı olub.
Görüş yunanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə öz meydanında minimal (1:0) hesabla məğlub olan “Olimpiokos” səfərdə vurduğu iki qolla növbəti mərhələyə yüksəlir.
Bu mərhələnin saat 23:45-də başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb.
“Ayaks” (Hollandiya) – “Xetafe” (İspaniya) 2:1, (birinci oyin 0:2);
“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 1:2, (1:0);
“Benfika” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 3:3, (1:2);
“Seltik” (Şotlandiya) – “Kopenhagen” (Danimarka) - 1:3, (1:1);
“İnter” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) – 2:1, (2:0);
“Mançester Yunayted” (İngiltərə) – “Brügge” (Belçika) - 5:0, (1:1);
“Sevilya” (İspaniya) – “ÇFR Kluj” (Rumıniya) – 0:0, (1:1).