Yeniyetmə güləşçilərimiz Avropa çempionatında 6 medal qazanıblar - FOTOLAR

A- A A+

Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında güləş üzrə Avropa çempionatı keçirilib. Çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

NUHÇIXAN xəbər verir ki, yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandığı halda, sərbəstlər 1 gümüş və 3 bürünc medala sahib olublar.

Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. Çempionatda 68 kiloqram çəkidə mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib.

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev təmsil ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: