Fevralın 28-də futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.
NUHÇIXAN xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib.
Səkkizdəbir final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşib. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulamyıb.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Başakşehir” (Türkiyə) - “Kopenhagen” (Danimarka);
“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə);
“Qlazqo Reyncers” (Şotlandiya) - “Bayer Leverkusen” (Almaniya);
“Volfsburq” (Almaniya) - “Şaxtyor Donetsk” (Ukrayna);
“İnter” (İtaliya) - “Xetafe” (İspaniya);
“Sevilya” (İspaniya) - “Roma” (İtaliya);
“Ayntraxt” (Frankfurt, Almaniya) / “Zaltsburq” (Avstriya) cütünün qalibi - “Bazel” (İsveçrə);
LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə).
İlk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.
Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.