Karateçilərimiz fevralın 28-də Avstriyanın Zalsburq şəhərində start götürən və martın 1-dək davam edəcək Karate1 Premyer Liqa turnirində mübarizəyə başlayırlar.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, mövsümün 3-cü mərhələsində 14 idmançımız gücünü sınayır. Yarışın ilk günü kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizə aparıblar.
Karateçilərimizdən Rafiz Həsənov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İtaliya təmsilçisi Luka Mareska olacaq.