Avstriyanın Zalsburq şəhərində keçirilən Karate1 Premyer Liqa turnirinində milli komandamız ilk medalını qazanıb.
NUHÇIXAN xəbər verir ki, karateçilərimizdən İrina Zaretska Premyer liqa turnirinin bürünc medalına sahib olub.
Yarışda daha 3 idmançımız mükafat görüşlərinə çıxacaq. Rafiz Həsənov (67 kq) finalda, Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medallar uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş Karate1 Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.
Premyer Liqa turnirinə bu gün yekun vurulacaq.