Martın 1-də İngiltərə Premyer Liqasının 28-ci turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, turnir cədvəlində beşinci olan “Mançester Yunayted” on birinci pillədə qərarlaşan “Everton”un qonağı olub.
Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
“Eveton”nun heyətində Kalvert-Levin, “Mançester Yunayted”dən isə Bruno Fernandeş fərqləniblər.
London təmsilçisi “Tottenhem” öz meydanında “Vulverhempton”un öhdəsindən gələ bilməyib. Gərginliyi ilə yadda qalan görüş qonaqların 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu, Joze Mourinyonun yetirmələrinin Premyer Liqada ardıcıl ikinci məğlubiyyətidir.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Brayton” - “Kristal-Pelas” - 0:1
“Bormunt” - “Çelsi” - 2:2
“Nyukasl” - “Börnli” - 0:0
“Vest-Hem” - “Sauthempton” - 3:1
“Uotford” - “Liverpul” - 3:0.