Martın 1-də Türkiyə Superliqasının XIX turunun üçüncü günündə “Gənclərbirliyi” səfərdə “Qalatasaray”ın qonağı olub.
NUHÇIXAN xəbər verir ki, “Türk Telekom” stadionunda keçirilən qarşılaşmanı meydan sahibləri üç cavabsız qolla qazanıblar. İstanbul klubunun qollarını Rayan Donk (3) və Radamel Falkao (33, 69) vurub.
Günün diger matçlarında “Dənizlispor” doğma meydanda “Yeni Malatyaspor”u 2:0 hesabı ilə məğlub edib. “Sivasspor” isə səfərdə “Ankaragücü”nə üç cavabsız qolla qalib gəlib.
XIX tura “Başakşəhər”-“Qaziantep” və “Kayserispor”-“Göztəpə” matçları ilə yekun vurulacaq.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 48 xalla “Trabzonspor” klubu liderlik edir. Eyni xala malik olan “Qalatasaray” və “Sivasspor” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.