İstanbulun “Fənərbaxça” futbol klubu baş məşqçisi Ersun Yanalla yollarını ayırıb.
NUHÇIXAN xəbər verir ki, 56 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Türkiyəli mütəxəssis 2018-ci ilin dekabrından İstanbul klubunda məşqçi olub.
Qeyd edək ki, “Fənərbağça” hazırda Türkiyə Superliqasında 39 xalla 7-ci pillədə qərarlaşıb.