Türkiyə Superliqasının XXIV turunun sonuncu qarşılaşmalarında “Başakşəhər” doğma meydanda “Qaziantep”i qəbul edib.
NUHÇIXAN xəbər verir ki, görüşdə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Günün digər matçında isə “Kayserispor” doğma meydanda “Göztəpə”ni minimal hesabla məğlub edib - 1:0.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 49 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 48 xalla müvafiq olaraq iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (40 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (39 xal) və digər komandalar qərarlaşıb.