Martın 5-8-də Bakı Boks Mərkəzində karate üzrə 11-ci beynəlxalq “Baku open” turniri keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, ənənəvi turnir bu dəfə dünya şöhrətli Azərbaycan karateçisi Rafael Ağayevin 35 illik yubileyinə həsr olunur. Yarışlarda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər. Fərdi və komanda yarışlarında karateçilərimizlə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan da daxil olmaqla, 10-dək ölkədən min idmançının iştirakı gözlənilir.
Martın 5-də böyüklər və veteranlar, ertəsi gün gənclər güclərini sınayacaqlar. Martın 7-də yeniyetmələr, bazar günü isə uşaqlar mübarizə aparacaqlar. Turnirin açılış mərasimi martın 6-da olacaq.