NUHÇIXAN xəbər verir ki, fevralın 27-dən start götürən və üç gün davam edən Bakı şəhərində keçirilən güc çoxnövçülüyü üzrə ölkə çempionatı başa çatıb.
Çempionatda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 15 komandanın tərkibində 95 idmançı iştirak edib. Muxtar respublikamızı çempionatda DİN İdman Cəmiyyətinin sədri Elməddin Abdullayevin rəhbərliyi altında 6 idmançı təmsil edib. Asayiş keşikçilərimiz çempionatı komanda hesabına görə 1-ci sırada tamamlayıb. Asayiş keşikçilərimiz yarışı 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar. Belə ki, Rəşad Həsənov, Nicat Səfərov və Sərxan Zeynalov qızıl, Elnur Yaqubov və Elgün Əsgərov gümüş, Rəzzax Əliyev isə bürünc medalın sahibi olub.
Azər Zeynalov