NUHÇIXAN xəbər verir ki, festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, rəsmi şəxslər iştirak edəcəklər.
Uşaq və gənclərin idmana cəlbinin kütləviliyini artırmaq məqsədilə Gənclər və İdman Nazirliyi və idman federasiyalarının birgə təşkilatçılığı ilə keçiriləcək festivala Saat meydanı turistik istirahət kompleksi ev sahibliyi edəcək.
Qeyd edək ki, bu il fevralın 1-də "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" keçirilən müşavirədə Ali Məclisin Sədri Vasif Talıbov bu barədə müvafiq tapşırıqlar vermişdi.