Martın 4-də futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsinin ikinci görüşündə “Antalyaspor” klubu doğma meydanda “Alanyaspor” komandası ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, “Antalya” stadionunda keçirilən oyunu qonaq komanda minimal hesabla qazanıb. Matçda yeganə qolu son dəqiqələrdə Junior Fernandes vurub.
Ötən gün keçirilən “Trabzonspor”-“Fənərbağça” görüşdə isə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Yarımfinal mərhələsinin cavab qarşılaşmaları isə aprelin-21-22-də oynanılacaq.