Nizami Paşayev: Bir idmançının hərtərəfli yetişməsi üçün qədim diyarın əlverişli müsbət xüsusiyyətləri çoxdur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda ilk dəfə keçirilən İdman festivalında ağır atletika üzrə dünya və Avropa çempionu Nizami Paşayev belə deyib.

  Avropa çempionu jurnalistlərə  bildirib ki, bu gün çox əlamətdar bir gündür. Bayramımızı dahilər, sərkərdələr yurdu Naxçıvanda qeyd etməyimiz bizim üçün ikiqat xoş əhval-ruhiyyə yaratdı. Onu da deyim ki, bu mənim Naxçıvana ilk gəlişim deyil, əvvəllər burada bir neçə dəfə təlim-məşq toplanışlarında iştirak etmişəm.. İnsanı daim gümrah saxlayan gözəl havası, təbiəti var, peşəkar formada yetişmək üçün idman infrastrukturu da yüksək səviyyədədir. Son illər Naxçıvan idmançılarının beynəlxalq arenalarda özlərini yaxşı tərəfdən göstərmələri də aparılan uğurlu idman siyasətinin nəticəsidir. Burada ağır atletika üzrə artıq yeniyetmələr arasında olimpiya mükafatçısının, Avropa birinciliyinin qalibinin olmasını nümunə kimi göstərmək olar. Sevinirəm ki, bugünkü festival sayəsində naxçıvanlı idmançılarla bir daha görüşə bildim. Fürsətdən istifadə edib bütün idmançıları, idman ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.

                                                                                                                                        “Şərq qapısı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: