Şəfəq Kərimova: İştirakçılar əsl bayram əhvalı ilə öz hünərlərini göstərirlər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Veteran voleybolçu, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova  5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı qədim diyarımızda keçirilən idman festivalında iştirak etdiyi üçün çox şad olduğunu bildirib. Veteren voleybolçu festivalla bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb: “Biz bu gün əvvəlcə Heydər Əliyev Muzeyində olduq. Orada dahi siyasətçinin keçdiyi ömür yoluna bir daha nəzər saldıq. Bildiyiniz kimi, bu günün qeyd olunması da ulu ödərin adı ilə bağlıdır. Azərbaycanda ənənə halını alan idman festivalı hər il möhtəşəm formada keçirilir. Naxçıvandakı festival da çox yüksək səviyyədə təşkil olunub. Tədbirin iştirakçıları da əsl bayram əhvalı ilə öz hünərlərini göstərirlər. Festivalın təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm”.

                                                           “Şərq qapısı” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: