DÇ-2018: “C” qrupunda II tura yekun vurulacaq

A- A A+
Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçiriləcək. NUHÇIXAN xəbər verir ki, “C” qrupunda II tura yekun vurulacaq, “D” qrupunun bir görüşü baş tutacaq. İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək. Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər. Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxacaq. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi Amerikalılar şansı möcüzəyə saxlamamaq üçün mütləq qələbə qazanmalıdır. Dünya çempionatı II tur, 21 iyun “C” qrupu 16:00. Danimarka - Avstraliya Samara, "Kosmos Arena" 19:00. Fransa – Peru Yekaterinburq, Mərkəzi stadion “D” qrupu 22:00. Argentina – Xorvatiya Nijni Novqorod. Şəhər stadionu    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: